İsrail, Səudiyyə və ABŞ Zəkzakinin sərbəst buraxılmasına mane olur

İsrail, Səudiyyə və ABŞ  Zəkzakinin sərbəst buraxılmasına mane olur

Bunu açıqlamasında Şeyx Zəkzakinin nümayəndəsi bildirib

Rasthaber iswnews-a istinadən xəbər verir ki, Şeyx Zəkzakinin ofisindən bir nümayəndə Şeyx Zəkzakinin azad olunmasına mane olanların olduğunu bildirib.

"Şeyx Zəkzaki və həyat yoldaşı çox ağır şərtlərdə həbsdədirlər və fiziki vəziyyətləri heç də yaxşı deyil, çünki Nigeriya hökuməti onların xəstəxanaya aparılmasına icazə vermir. Sionist rejimin Nigeriya hökumətinə etdiyi təzyiqlə yanaşı Əl-Səud rejimi və ABŞ da Şeyx Zəkzaki və həyat yoldaşının azad olunmasına mane olurlar.", -deyə Nigeriya İslam Hərəkatının ofisinin məsul şəxslərindən biri deyib.

O həmçinin bildirib ki, insan hüquqları təşkilatları Nigeriya hökumətinə onları azad etmək üçün təzyiq göstərməlidir.

Xəbəri paylaş

VİDEOLAR