İsrail Şucaiyyəni bombalayıb

İsrail Şucaiyyəni bombalayıb

Sionist İsrail ordusu humanitar fasilə başa çatdıqdan sonra blokadada olan Qəzza zolağına hücumlarını davam etdirir. Qəzzanın Xan Yunus şəhərinə edilən hücumlar nəticəsində ərazidən tüstü qalxıb.

Az.rasthaber.com xəbər verir ki, işğalçı İsrail təyyarələrinin onlarla raket və bomba ilə hücum etdiyi Şucaiyyedə ən azı 50 ev dağıdılıb. Hücumlar zamanı 300 ölü və yaralı dağıntılar altından çıxarılıb.

Qəzza Mülki Müdafiə rəisi Mahmud Bassal bildirib ki, Qəzza şəhərinin şərqindəki Əl-Şücaiyyə rayonunda yaşayış məhəlləsinə edilən hücumda 300-dən çox mülki şəxs həyatını itirib.

İsrail ordusunun hücumu zamanı çoxlu sayda fələstinlinin yaşadığı Şucaiyye rayonunda bir çox ev dağıdılıb.

Sputnik-ə açıqlamasında İsrail ordusunun məhəlləyə 10-dan çox güllə atdığını bildirən Bassal deyib:

“Yüzlərlə ölüdən danışırıq. Bu məhəllədə mindən çox dinc sakin yaşayırdı. 300-dən çox insan həyatını itirib. Ölənlərin əksəriyyəti dağıntılar altındadır".

Fələstin Mülki Müdafiə Xidmətinin verdiyi yazılı açıqlamaya görə, indiyədək ən azı 300 ölü və yaralı dağıntılar altından xilas edilib.

Dağıntıların böyük bir ərazidə baş verdiyi və xilasetmə işlərinin məhdud imkanlarla aparıldığı üçün ölənlərin sayının arta biləcəyi bildirilib.

Rayon sakinləri dağıntıların baş verdiyi ərazidə yüzlərlə insanın, o cümlədən köçkünlərin yaşadığını bildiriblər.

Şucaiyyedə azı 50 ev dağıdılıb

Hökumətin Qəzzadakı Mətbuat Ofisindən verilən yazılı açıqlamaya görə, İsrail təyyarələri onlarla raket və bombalarla Şucayyada ən az 50 ev və binanı yerlə-yeksan edib.

Açıqlamada, İsrailin Qəzzada törətdiyi soyqırımına görə prezident Co Bayden və dövlət katibi Antoni Blinkenin təmsil olunduğu ABŞ administrasiyasının məsuliyyət daşıdığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR