İsrail soyqırımının 198-ci günü: Rəfahda binaları bombaladı

İsrail soyqırımının 198-ci günü: Rəfahda binaları bombaladı

İsrailin Rəfahda iki evə hücumu nəticəsində ölənlərin sayı 24-ə yüksəlib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində iki evə həyata keçirdiyi hava hücumunda 16-sı uşaq və 6-sı qadın olmaqla 24 fələstinlinin şəhid olduğu açıqlanıb.

Sionist İsrail ordusunun şənbə günü axşam Rəfah şəhərinin şərq və mərkəzi bölgələrində iki ayrı binaya həyata keçirdiyi hava hücumunda şəhidlərin sayı 13-dən 24-ə yüksəlib.

Şəhidlərdən 16-nın uşaq, 6-nın qadın olduğuna diqqət çəkən səhiyyə mənbələri dağıntılar altında hələ də çoxlu itkin düşən və yaralananların olduğunu bildirib.

Qəzzada Mülki Müdafiə İdarəsindən dünən axşam saatlarında edilən yazılı açıqlamada bildirilib:

"İşğalçı dövlət (İsrail) ordusunun təyyarələrinin hava hücumu təşkil etdiyi Rəfahın şərqində Corc küçəsində Abdulal ailəsinə aid çoxmərtəbəli binanın dağıntıları altında çoxlu fələstinli şəhid olub.".

Dünən gecə Mülki Müdafiə İdarəsindən verilən başqa bir açıqlamada, İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şərqində bir binaya endirdiyi hava hücumunda çox sayda fələstinlinin cəsədinin tapıldığı bildirilib.

Sionist İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda azı 14 min 685-i uşaq, 9 min 670-i qadın olmaqla 34 min 97 fələstinli şəhid olub, 76 min 980 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Xəbəri paylaş

VİDEOLAR