Sionist rejim ordusu işğal olunmuş ərazilərin cənub və şimalında Fələstin və Livan müqaviməti ilə qarşıdurmada son 24 saat ərzində bu rejimin 48 əsgərinin yaralandığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, sionist rejim ordusu bununla bağlı vurğulayıb ki, bu rejimin 30 əsgəri işğal olunmuş ərazilərin şimal sərhədlərində, 18 əsgər isə Qəzzədə yaralanıb.
Bəzi ekspertlərin və hadisələrin gedişatını müşahidə edənlərin fikrincə, işğalçı rejimin ordusunda yaralıların sayının çox olması və ölənlərin qeyd edilməməsi bu rejimin ölənlərin sayını gizlətməsi ehtimalından xəbər verir.