İsrail əsgərləri Şərqi Qüdsdə fələstinli dindarlara hücum etdi

İsrail əsgərləri Şərqi Qüdsdə fələstinli dindarlara hücum etdi

İsrail qoşunları işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində Şərqi Qüdsdəki fələstinlilərə dəstək nümayişləri təşkil edən fələstinlilərə müdaxilə edib.

Rasthaber Azərbaycan xəbər verir ki, Fələstinlilər İordan çayının qərb sahilindəki Ramallah və Beytullahim şəhərlərinin İsrailin hərbi nəzarət nöqtələrinə yaxın bölgələrində nümayişlər təşkil ediblər.

İsrail əsgərləri isə gözyaşardıcı qaz, səs bombası və plastik güllələrdən istifadə edərək fələstinliləri dağıtmağa cəhd edib. 

İsrail polisinin işğal altındakı Şərqi Qüdsdə fələstinlilərə qarşı tətbiqlərinə etiraz edən fələstinlilər nəqliyyat vasitələrinin təkərlərini yandırıb və İsrail əsgərlərinə daşlarla cavab verib.

Bölgədə fəaliyyət göstərən təcili yardım qrupları indiyə qədər onlarla nümayişçinin bibər qazından təsirləndiyini bildirərək, hadisələrdə yaralanan olmadığını vurğulayıb.

Digər tərəfdən, İsrail polisi bir Fələstinli səhiyyə işçisini döyüb və işğal altında olan Şərqi Qüdsün İçərişəhərindəki Şam Qapısında toplaşanları dağıtarkən çox sayda insanı saxlayıb.

Xəbəri paylaş

VİDEOLAR