İsrail əsgərləri fələstinlilərə sərt müdaxilə edib

İsrail əsgərləri fələstinlilərə sərt müdaxilə edib

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində baş verən hadisələr zamanı 3 fələstinlini yaralayıb.

Az.rasthaber.com xəbər verir ki, El-Bire şəhərinin şimal girişində İsrail əsgərləri ilə fələstinlilər arasında baş verən qarşıdurma nəticəsində  bir fələstinlinin vurularaq yaralandığı bildirilib.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada  Beyt vilayətindəki hərbi nəzarət məntəqəsi yaxınlığında  ayağından yaralanan 17 yaşlı fələstinlinin Ramallah Xəstəxanasına çatdırıldığı qeyd edilib.
Fələstinin rəsmi  WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail əsgərləri Beytlehem şəhərindəki Aida qaçqınlar düşərgəsində yaşayan fələstinlilərə sərt müdaxilə edib. Müdaxilə zamanı yaralanan bir fələstinli uşağın xəstəxanaya aparıldığı bildirilib. 
Məlumatda həmçinin İsrail qüvvələrinin El Xəlil şəhərində də bir fələstinlini yaraladığı vurğulanıb.

 

Xəbəri paylaş

VİDEOLAR