İsrail əsgərləri daha iki fələstinlini güllələyərək qətlə yetirib

İsrail əsgərləri daha iki fələstinlini güllələyərək qətlə yetirib

İordan çayının qərb sahilində işğalçı sionist İsrail əsgərlərinin açdığı atəş nəticəsində iki fələstinli həyatını itirib.

Az.rasthaber.com xəbər verir ki, İşğalçı sionist İsrail ordusunun "Twitter" hesabından verilən açıqlamada, İordan çayının qərb sahilinin şimalındakı əl-Cimmə məntəqəsində, iki silahlı fələstinlinin təsbit edildiyi və onların saxlanılmasını istədikləri bildirilib.

Açıqlamada iki fələstinli şübhəlinin əsgərlər nəzarətə alınmağa çalışarkən onlara atəş açdığı, şübhəlilərin əsgərlərin açdığı atəşlə zərərsizləşdirildiyi vurğulanıb.

Hadisə ilə bağlı daha ətraflı məlumat və öldürülən fələstinlilərin kimliyi qeyd edilməyib.

Xəbəri paylaş

VİDEOLAR