İsrail əsgərləri Beytləhm şəhərində daha bir fələstinlini qətlə yetirib

İsrail əsgərləri Beytləhm şəhərində daha bir fələstinlini qətlə yetirib

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Beytlehem şəhərindəki Dehişe qaçqın düşərgəsinə basqın zamanı bir fələstinlini öldürüb.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin yazılı açıqlamasında Dehişe qaçqın düşərgəsinə basqın edən İsrail əsgərləri tərəfindən sinəsindən həqiqi güllə ilə vurulan bir fələstinlinin həyatını itirdiyini açıqlayıb.

Şahidlərdən əldə edilən məlumata görə, İsrail əsgərləri səhər saatlarında İordan çayının qərb sahilinin Beytləhm şəhərindəki Dehişe qaçqın düşərgəsinə basqın ediblər. Əsgərlər basqına reaksiya verən fələstinlilərə gözyaşardıcı qazla yanaşı,həqiqi və rezin güllələrlə cavab verib. Hadisələrdə İsrail əsgərləri tərəfindən sinəsindən vurulan bir fələstinli həyatını itirib.

Qeyd edək ki, İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri həbs edir. Bu da bölgədə gərginliyə səbəb olur.

Xəbəri paylaş

VİDEOLAR