Fələstin mənbələri bu barədə açıqlama yayıblar
Rasthaber Azərbaycan xəbər verir ki, Fələstin mənbələrinin açıqlamasına görə, İsrail qüvvələri İordan çayının Qərb sahilində fələstinlilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
Qeyd edək ki, fələstinlilər qeyri-qanuni yəhudi yaşayış məskənlərinin salınması əleyhinə etiraz aksiyası keçirirdilər.
İsrail qüvvələrinin güc tətbiq etməsi nəticəsində 5 fələstinli yaralanıb, həmçinin çox sayda insan da gözyaşardıcı qazdan xəsarət alıb.
Xatırladaq ki, 1967-ci ildən İsrailin işğalı altında olan İordan çayının Qərb sahilində 250-dən çox qeyri-qanuni yəhudi yaşayış məntəqəsi salınıb və salınmağa da davam edir. Buraya 400 mindən çox yəhudi köçürülüb.