İsrail saytlarına yenidən kiberhücum edilib

İsrail saytlarına yenidən kiberhücum edilib

İşğal olunmuş Fələstin ərazilərindəki Hayfa və Yaffa limanlarının internet saytlarının kiberhücumlara məruz qaldığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə,  sionist İsrailə məxsus internet saytlarına hücum edilib.

Hayfa və Yaffa limanlarının internet saytlarının haker hücumuna məruz qaldığı bildirilib.

“Anonim Sudan” qrupu İsrail qurumlarının internet saytlarına edilən kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Anonim Sudan Mossad və İsrail Milli Sığorta Agentliyinin internet saytlarına edilən kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb.

“The Jerusalem Post”un aprelin 4-də dərc etdiyi xəbərdə aparıcı universitetlərin internet saytlarının “Anonim Sudan” adlı haker qrupu tərəfindən kiber hücuma məruz qaldığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR