İsrail rəsmisi: Hər ay İrandan gələn onlarla kiberhücumla qarşılaşırıq

İsrail rəsmisi: Hər ay İrandan gələn onlarla kiberhücumla qarşılaşırıq

Bir İsrail rəsmisi ölkəsinin, hər ay İran tərəfindən onlarla kiberhücuma məruz qaldığını açıqlayıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu ölkənin Kibertəhlükəsizlik üzrə Milli Təşkilatının rəhbəri Qabi Portnoy deyib.

O, İsrailin hər ay məruz qaldığı kiber təhlükələrin həcmindən dəhşətə gəldiyini dilə gətirib.

Bu İsrail rəsmisi ölkəsinin hər ay xüsusilə İran tərəfdən onlarla hücumla üzləşdiyini təsdiqləyib.

Qeyd edək ki, cümə axşamı günü İsrail mediası ehtiyatda olan minlərlə hərbçinin “texniki nasazlıq nəticəsində səhvən müharibəyə çağırıldıqları" barədə məlumat yayıb. Bəzi mənbələr bu prosesin də kiber təhlükəsizlik sahəsində bir sızıntı olduğu qənaətindədirlər.

Xəbəri paylaş

VİDEOLAR