İsrail Rəfaha PUA ilə hücum edib

İsrail Rəfaha PUA ilə hücum edib

Xəbər mənbələri İsrailin PUA-larının Rəfah şəhərinə hücumu və iki fələstinlinin şəhid olması barədə məlumat yayıb.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim PUA hücumu ilə Qəzzanın cənubunda yerləşən Rəfahın şərqində bəzi Fələstin vətəndaşlarını hədəfə alıb və nəticədə iki nəfər şəhid olub.

Xəbər mənbələri həmçinin bildiriblər ki, sionist rejim tankları Rəfah keçidi ətrafındakı əraziləri geniş şəkildə bombalayıb.

Ötən həftənin bazar günü atəşkəsin birinci mərhələsinin başa çatmasından və HƏMAS ilə İsrail rejimi arasında əsirlərin mübadiləsindən və Təl-Əvivin Qəzzada atəşkəsin ikinci fazasının müzakirələrinə girməkdən imtina etməsindən saatlar sonra sionist rejimin Nazirlər Kabineti Qəzzaya humanitar yardımların çatdırılmasını dayandırmağa qərar verib.

Xəbəri paylaş

VİDEOLAR