İsrailin yeni müvəqqəti baş naziri Yair Lapid (işğal altında olan Qüdsdə) fələstinli qaçqının məcburən tərk etdiyi evə köçür.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İsrailin Haaretz qəzeti məlumat dərc edib.
Qəzet bildirib ki, baş nazirin Qüdsdəki iqamətgahında təmir tikinti işlərinə görə Yair Lapid yaxınlıqda olan və 1948-ci ildə bölgəni (məcburən) tərk etmiş fələstinli qaçqına məxsus evə köçür.
Bu ev Qüdsün “Balfor” küçəsində yerləşir və 1948-ci ildə qaçqın düşmüş Həna Səlamə adlı fələstinliyə məxsudur.
İsrailin 1950-ci ildə (yəni işğaldan iki il sonra) qəbul etdiyi “Mövcud olmayanların əmlakı ilə bağlı qanunun”a əsasən bu əmlak müsadirə edilə bilər. Lakin İsrailin baş nazirinin bu addımı atması İsrail KİV-lərinin özündə də qınanılıb.