İsrail rejiminin Səhiyyə Nazirliyinin saytına kiberhücum edilib

İsrail rejiminin Səhiyyə Nazirliyinin saytına kiberhücum edilib

Sionist rejimin Səhiyyə Nazirliyinin saytının və bu rejimin bəzi inzibati bazalarının kütləvi kiberhücuma məruz qalması bəzi ivrit mediaları tərəfindən təsdiqlənib.

Az.rasthaber.com xəbər verir ki, "Fələstin İnformasiya Mərkəzi"nin məlumatına görə, ivrit dilli mənbələr sionist rejimin bəzi bazalarına, o cümlədən bu rejimin Səhiyyə Nazirliyinin internet saytına kütləvi kiber hücumdan xəbər veriblər.

Məlumata görə, kiberhücum nəticəsində sionist rejimin Səhiyyə Nazirliyinin internet saytına xaricdəki istifadəçilərin girişi kəsilib və Təl-Əvivdəki koronavirusla mübarizə üzrə informasiya qərargahı bildirib ki, sistemdə nasazlıq səbəbindən Təl-Əvivə səfər etmək istəyən əcnəbilər üçün "Təl-Əvivə giriş forması"nı doldurmaq mümkün deyil. 

Nazirliyin açıqlamasında bildirilir ki, veb sayt hələ də yerli istifadəçilər üçün fəaliyyət göstərsə də, xaricdən vebsaytdan istifadə etməyə çalışanlar bunu edə bilməyiblər.

Xəbəri paylaş

VİDEOLAR