İsrail rejiminin limanlarına xaker hücumlar: Məlumatlar əl keçirildi

İsrail rejiminin limanlarına xaker hücumlar: Məlumatlar əl keçirildi

Bir qrup xaker İsrail rejiminin nəzarəti altındakı Hayfa və Aşdod limanlarındakı müşahidə kameralarını sındırıb.

Az.rasthaber.com "ParsToday"-a istinadən xəbər verir ki, həmin qrup sındırılmış müşahidə sistemindən olan görüntüləri, həmin iki limanın əməkdaşlarının məlumatları və şəkillərini dərc edib.

Qeyd edək ki, son aylar İsrail rejimi və onun şirkətlər və qurumlarına edilən xaker hücumlarının sayı artıb.

Ötən gün isə "LeakTheAnalyst" adlı xaker dəstəsi "Verint" şirkətinin məlumatlarını sındırıb. 11 GB həcmində elektron məktublar ələ keçirilib.

Bundan öncə də "Musanın Əsası" adlı xaker qrupu da sionist rejimin nəzarətindəki küçələrdəki müşahidə kameralarını və İsrail rejimi ordusu üçün silah istehsal edən "Rafael" şirkətinin də müşahidə kameralarını sındırıb.

Xəbəri paylaş

VİDEOLAR