İsrail rejimi Suriyada daha 5 dinc sakini qətlə yetirib

İsrail rejimi Suriyada daha 5 dinc sakini qətlə yetirib

İsrailin hərbi təyyarələri Suriyanın Misyaf bölgəsinə hava zərbələri endirib. Biri mülki şəxs olmaqla beş nəfər həlak olub.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Suriyanın Müdafiə Nazirliyi bəyanat verib.

Bildirilib ki, İsrail təyyarələri ötən gecə Aralıq dənizinin üzərindən Həma əyalətinin Misyaf bölgəsinə raketlər atıb.

Bu təcavüz nəticəsində beş nəfər ölüb və yeddi nəfər yaralanıb. Ölən və yaralananlar arasında bir uşaq da var.

Suriyanın Havadan Müdafiə Sistemləri raketlərin çoxunu havada zərərsizləşdirib.

Raketlərin bəzisi mülki obyektlərə düşərək maddi ziyanlara səbəb olub.

Xatırladaq ki, İsrailin sonuncu dəfə aprelin 27-də Dəməşqin ətrafına etdiyi təcavüz nəticəsində dörd ordu əsgəri həyatını itirmişdi.

Xəbəri paylaş

VİDEOLAR