İsrail rejimi qüvvələri Qüds şəhərinin şərq hissəsində yerləşən Şeyx Cərrah kvartalında fələstinli Salihiyyə ailəsinə məxsus evi uçurublar.
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, yaşayış yeri gecə saatlarında dağıdılıb.
İsrail rejimi polisi ev sakinlərini tutub.
Bildirilib ki, sionist rejimin çox sayda canlı qüvvəsi yerli vaxtla 3:00 radələrində Salihiyyə ailəsinin evinə soxulub. Bəzi ev sakinlərinə hücum edilib, daha sonra isə onlar polis sahəsinə aparılıblar.
Bu barədə fələstinli ailənin vəkili Vəlid Tayyə bildirib.
Onun sözlərinə görə, rejim qüvvələri təxminən 20 nəfəri, o cümlədən də ev sahibi Mahmud Salihiyyəni də tutub.