Sionist rejim ordusunun Qəzzanın şimalında 3 evə həyata keçirdiyi hücumlarda biri körpə olmaqla 14 fələstinli şəhid olub, çoxlu sayda insan yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, sionist İsrail ordusunun Qəzzanın şimalında 3 evə təşkil etdiyi hücumlarda biri körpə olmaqla 14 fələstinlinin şəhid olduğu, çoxlu sayda insanın isə yaralandığı bildirilib.
Fələstinin WAFA xəbər agentliyinin yerli mənbələrdən verdiyi məlumata görə, İsrail döyüş təyyarələri Qəzza şəhərinin Et-Tuffah və Əl-Şücayyə məhəllələrində 3 evə hücum edib.
Hücumlarda aralarında körpə, qadın və uşaqların da olduğu 14 nəfər şəhid olub, çoxlu sayda insan yaralanıb.
Yaralılar Əl-Ehli Baptist Xəstəxanasına yerləşdirilib. İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən azı 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 37 min 266 fələstinli şəhid olub, 85 min 102 nəfər yaralanıb.