Tətbiqi Qüds Araşdırmaları İnstitutu (ARIJ) İsrailin işğal olunmuş Fələstinin su ehtiyatlarına qarşı apardığı müharibə çərçivəsində 58 hərbi təlimat verdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, ARIJ tərəfindən hazırlanan hesabatda sözügedən təlimatlar ilk növbədə Ramallah, Selfit və Qüds əyalətlərindəki su ehtiyatlarını hədəf alıb.
Bildirilib ki, müvafiq olaraq bu vilayətlərin su ehtiyatları ilə bağlı müxtəlif göstərişlər, digər rayonlardakı sərvətlərlə bağlı tapşırıqlar verilib.