İsrail rejimi İkrimə Səbrinin Məscidül-Əqsaya daxil olmasını qadağan edib

İsrail rejimi İkrimə Səbrinin Məscidül-Əqsaya daxil olmasını qadağan edib

İşğalçı İsrail qüvvələri Qüds və Fələstinin keçmiş müftisi və Məscidül-Əqsanın imamı Şeyx İkrimə Səbrinin Əl-Əqsa məscidinə girişinə 6 aylıq qadağa qoyub.

Az.rasthaber.com xəbər verir ki, Şeyx Səbrinin vəkili Halit Zabarka verdiyi açıqlamada, İsrail qüvvələrinin Şeyx Səbrinin 6 ay müddətində Məscidül-Əqsaya girişini qadağan etmək qərarına gəldiyini bildirib.

Şeyx Səbrinin qanuna zidd hərəkət etmədiyinə diqqət çəkən Zabarka, İsrail qüvvələrinin bu qərarı yüksələn ifrat sağçıların tələbi ilə aldığını vurğuladı.

Belə bir qərarın verilməsinin heç bir hüquqi əsasının olmadığını və bunun fanatik yəhudilərin təşviqi ilə alınan bir qərar olduğunu vurğulayan Zabarka, bu qərarın ibadət azadlığına, Məscidül-Əqsanın müqəddəsliyinə və Haşimi Vəliliyinə zidd olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR