Sionist İsrail ordusunun Qəzza zolağından cənubda Xan Yunisdə təhlükəsiz bölgə adlandırılan fələstinlilərin qaldığı evə və onların toplaşdıqları əraziyə endirdiyi hava zərbələri nəticəsində 13 nəfər şəhid olub, çoxlu sayda yaralı var.
Az.rasthaber.com xəbər verir ki, Qəzza Mülki Müdafiə Birliyinin Telegram-da verdiyi açıqlamada, Xan Yunus şəhərində yaşayış evinin bombalanması nəticəsində əksəriyyəti uşaq 10 fələstinlinin şəhid olduğu, çoxlu sayda fələstinlinin isə yaralandığı bildirilib.
Fələstinli fəallar sözügedən evə hücumdan sonra cəsədləri parçalanan uşaqların fotolarını da sosial mediada paylaşıblar.
Bəyanatda sionist İsrailin Xan Yunisin əs-Sikke bölgəsində də bir qrup fələstinlini hədəf aldığı, hücumda 3 nəfərin şəhid olduğu, yaralananların da olduğu bildirilib.
Açıqlamada, hücumlarda ölən və yaralanan fələstinlilərin şəhərdəki Nasser xəstəxanasına köçürüldüyü qeyd edilib.
Sionist İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda azı 16 min 172-si uşaq, 10 min 798-i qadın olmaqla, 39 min 324 fələstinli şəhid olub, 90 min 830 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.