İsrail rejimi bu dəfə Livandakı kilsəni hədəfə alıb

İsrail rejimi bu dəfə Livandakı kilsəni hədəfə alıb

İsrail ordusu Livanın cənubundakı Yarun yaşayış məntəqəsinə artilleriya zərbəsi endirib.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə qəsəbənin meri məlumat verib.

Qeyd edilib ki, zərbələr yerli xristian icmasına məxsus müqəddəs Giorgi məbədinə endirilib və nəticədə məbədə ciddi dəyib.

Xəsarət alan olmayıb.

Xatırladaq ki, İsrail ordusu 7 oktyabrdan bəri Qəzza sektorunda 83 məscidi vuraraq tam şəkildə dağıdıb, həmçinin 170 məscid və 3 kilsəyə də ciddi zərər vurub.

Qeyd edək ki, İsrail mütləq əksəriyyəti uşaqlar və qadınlar olmaqla 7 oktyabrdan bəri təxminən 50 min dinc fələstinlini qətlə yetirib və yaralayıb; beynəlxalq hüquqa və müharibə qaydalarına zidd olaraq, məktəbləri, xəstəxanaları, ibadətgahları, bağçaları və digər bu kimi yerləri vurur.

Xəbəri paylaş

VİDEOLAR