İsrailə məxsus tanklar Həmasın mühasirə altındakı Qəzza zolağındakı bəzi obyektlərinə zərbələr endirib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, İsrailə məxsus döyüş təyyarələri isə cənubdakı Refah şəhərinin şərqində yerləşən Matar Qəzza bölgəsindəki əkin sahələrinə iki hava hücumu təşkil edib.
İsrail ordusu Həmasın Qəzza zolağındakı obyektlərini vurduğunu açıqlayıb. Hücumun Qəzzadan İsrailə atılan raket mərmisinə cavab olaraq həyata keçirildiyi bildirilib.
Digər tərəfdən Fələstin Xalq Qurtuluş Cəbhəsinin hərbi qolu olan Əbu Əli Mustafa briqadası İsrailə atılan raket mərmisinə görə məsuliyyəti öz üzərinə götürüb. Hücumun İsrailin Qəzzaya təşkil etdiyi hücumlara cavab olaraq həyata keçirildiyi vurğulanıb.
Qeyd edək ki, İsrail gecə radələrində də Həmasın Qəzza zolağındakı bəzi obyektlərini bombalamışdı.