İsrail Qəzzaya humanitar yardımın daxil olmasına maneə törədir

İsrail Qəzzaya humanitar yardımın daxil olmasına maneə törədir

İsrail Qəzzaya humanitar yardımın daxil olmasına mane olur.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Media Ofisinin məlumatına əsasən, son iki gündə İsrailin maneələri səbəbindən bölgəyə yalnız 180 yük maşını daxil olub ki, bu da gözlənilən yardımın yalnız 30 faizini təşkil edir.

HƏMAS və İsrail arasında əldə olunan atəşkəs razılaşmasına əsasən, Qəzzaya hər gün 600 yardım maşını daxil olmalı idi.

Qeyd edәk ki, Misir beynəlxalq dəstəklə Qəzzanın yenidən qurulması planına rəhbərlik edir. Misirin xarici işlər naziri Bədr Əbdülətti Qahirədə ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşündə fələstinlilərin öz torpaqlarında qalmasının vacibliyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR