İsrail Qəzzanın mərkəzinə qurudan hücuma keçib

İsrail Qəzzanın mərkəzinə qurudan hücuma keçib

Sionist rejim ordusu Qəzza zolağının mərkəzinə qurudan hücuma keçdiyini elan edib.

Az.rasthaber.com xəbər verir ki, Əl Minar-ın məlumatına görə, sionist rejim ordusu Qəzza zolağının mərkəzinə qurudan hücuma keçdiyini elan edib.

Sionist rejim ordusu hücumun məhdud olduğunu iddia edib və bunun Qəzza zolağının şimalı ilə cənubu arasında bufer zonası yaratmaq məqsədi daşıdığını açıqlayıb.

Bundan əvvəl sionist rejim mediası rejim əsgərlərinin Netzarim oxunda fəallıq göstərdiyini bildirmişdi.

Sionist təhlükəsizlik mənbəsi bildirib ki, sionist əsgərlər və hərbi maşınlar Netzarim oxuna doğru irəliləyir.

Digər tərəfdən, Qəzza zolağının müxtəlif hissələrinin bombardmanları davam edir. Beyt Lahiya şəhərində Sultanlar qovşağının yaxınlığındakı evlərin hədəfə alınması nəticəsində çoxlu sayda insan şəhid olub və ya yaralanıb.

Sionist rejim döyüş təyyarələri Qəzza şəhərinin şərqində Əbu Bəkr ər-Razi məktəbinin yaxınlığındakı yaşayış məntəqələrini də bombalayıb.

Xəbəri paylaş

VİDEOLAR