İsrail Qəzzanın mərkəzi hissəsindən geri çəkilərkən mülki şəxsləri hədəf aldı

İsrail Qəzzanın mərkəzi hissəsindən geri çəkilərkən mülki şəxsləri hədəf aldı

Sionist İsrail ordusu öz qüvvələrini Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsi və Beyt Hanun qəsəbəsindən çıxardığı halda, Qəzza şəhərinə qarşı hava hücumlarını artırıb.

Az.rasthaber.com xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, İsrail ordusu bir çox bina və evləri dağıtdığı, sakinlərini köç etməyə məcbur etdiyi Nusayrat Qaçqınlar Düşərgəsindən geri çəkilib.

Daha sonra Qəzzanın mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsinin şimalına və Deyr əl-Belah qəsəbəsinin şərqinə güclü artilleriya atəşi və hava zərbələri endirilib.

Sionist İsrail ordusu həmçinin Qəzza zolağının şimalında yerləşən Beyt Hanun qəsəbəsindən də geri çəkilərək 36 saatdan çox quru yolu ilə daxil olub və həm yaşayış məntəqələrində, həm də kənd təsərrüfatı sahələrində böyük dağıntılara səbəb olub.

Sionist İsrail əsgərləri qurudan Beyt Hanun qəsəbəsinə daxil olan zaman köçkün dinc əhalinin sığındığı mərkəzi mühasirəyə alaraq bəzi fələstinliləri saxlayıblar.

İsrail Qəzza şəhərinin Əl-Şati Qaçqınlar Düşərgəsi, eləcə də Əl-Şücayyə, əl-Zeytun və Şeyx Rıdvan məhəllələrinə hava zərbələrini artırıb.

Sionist İsrail ordusunun Qəzza şəhərinə qarşı artırdığı hava hücumlarında 2-si uşaq olmaqla 17 mülki vətəndaşın şəhid olduğu və çoxlu sayda insanın yaralandığı bildirilib.

Digər tərəfdən rəsmilər sionist İsrail ordusunun hücumunda Qəzza şəhərindən köçüb Rəfaha gələn İyad ailəsindən 5-i uşaq və 2-si qadın olmaqla 8 fələstinlinin şəhid olduğunu bildiriblər.

Sionist ordusunun Rəfah şəhərində Şərq qəbiristanlığı ətrafında əl-Behabisa ailəsinə məxsus evi bombalaması nəticəsində çoxlu fələstinli yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR