Qəzza zolağından İsrail ərazisinə raket atılıb.
Rasthaberin verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.
"Qəzza zolağından İsrail ərazisinə 3 raket atılıb", - məlumatda deyilir.
Bildirilir ki, aprelin 23-dən 24-ə keçən gecə 2020-ci ilin fevralından bəri İsrail əleyhinə ən güclü raket hücumu baş verib, bir gündə Qəzzadan İsrailə təxminən 80 mərmi atılıb.