İsrail Qəzzadakı hədəflərindən heç birinə çatmayacaq

İsrail Qəzzadakı hədəflərindən heç birinə çatmayacaq

Türkiyə Respublikasının Tehrandakı səfiri İran müdafiə nazirliyinin qəragahında general Aştiyani ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, İran müdafiə naziri briqada generalı Məhəmməd-Rza Aştiyani bu görüşdə İran və Türkiyənin mədəni, tarixi və sivilizasiya ortaqlıqlarına təkidlə iki ölkə həmkarlığını bütün region və İslam Dünyası üçün faydalı dəyərləndirib. O, mühüm regional və beynəlxalq məsələlər barədə mövqeyin seçilməsində ahəngdarlığa təkid edib.

General Aştiyani söhbətinin digər bir hissəsində bölgə olayları, xüsusən sionist rejimin cinayətlərinə işarə edib: İslam Dünyasının və bütün dünyanın birinci məsələsi, Fələstin məsələsidir. Sionist rejim Qəzzədəki hədəflərindən heç birinə qəti surətdə çatmayacaq.
Amerikanın və qəbrlilərin uşaq qatili olan sionist rejimin cinayətlərini himayə etmələri bölgənin təhlkəsizlik şəraitini daha da mürəkkəbləşdirib- deyə, general Aştiyani vurğulayıb.
İran müdafiə naziri daha sonra söyləyib: «Ələqsa Tufanı» əməliyyatı uğurlu və tamamilə fələstinli əməliyyatı kimi öz böyük nailiyyətlərilə sionist rejimin qüdrətinin boş olduğunu  aydın şəkildə göz qabağına qoydu.

Xəbəri paylaş

VİDEOLAR