Amerikalı jurnalist Seymur Herş bildirib ki, uşaq qatili sionist İsrail ordusu Qəzzada nüvə silahına əl atmadan Xirosimaya bənzər bir şeyə nail olmaq istəyir.
Az.rasthaber.com xəbər verir ki, Pulitzer mükafatlı amerikalı jurnalist Herş sionist rejim ordusunun planlarını bilən mənbəyə istinadən deyib: Qəzza şəhəri nüvə silahından istifadə etmədən Xirosimaya çevrilmək mərhələsindədir.
Sputnik-in məlumatına görə, Herş Substack platformasındakı səhifəsində verdiyi açıqlamada, öz mənbələrindən aldığı məlumatlara əsaslanaraq, uşaq qatili sionist İsrailin HƏMAS hərəkatının bütün üzvlərini məhv etmək və heç kəsi sağ qoymamaq üçün Qəzzaya qarşı quru əməliyyatına başlayacağına işarə edib.
“(İsrailin baş naziri) Netanyahunun planı İsrail ordusunun tapa biləcəyi hər bir Həmas üzvünü öldürməkdir”, – deyə jurnalist əlavə edib.