İsrail hücumları zamanı ciddi zərər görən yaşayış evlərinin bərpasına 350 milyon dollar lazımdır.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Fələstin ictimai iş və yaşayış tikintisi naziri Naci Sərxan məlumat verib.
Daha təxminən 16800 yaşayış yeri qismən zədələnib.
Onun sözlərinə görə, İsrail ordusunun dağıdıcı fəaliyyəti Qəzza sektorunda ağır humanitar vəziyyətə səbəb olub və bunun da nəticəsində 120 mindən çox fələstinli öz evlərini tərk etmək məcburiyyətində qalıb.
O qeyd edib ki, Qəzza şəhərinin mərkəzindəki 5 iri yaşayış binası tamamilə dağıdılıb. Dağıdılan hökumət binalarının sayı 74-ə çatıb.
İsrail bombardmanları nəticəsində 66 məktəb zədələnib, 3 məscid dağıdılıb, 40 məscid zədələnib, həmçinin kilsələrdən birinə də zərər dəyib.
O əlavə edib ki, İsrail hücumları zamanı ciddi zərər görən yaşayış evlərinin bərpasına 350 milyon dollar lazımdır.