İsrail Qəzza sektorunun işığını kəsdi

İsrail Qəzza sektorunun işığını kəsdi

İsrailin energetika naziri Eli Koen Qəzza sektorunun elektrik enerjisi ilə təchizatının dərhal kəsilməsi barədə qərar qəbul edib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Koen Qəzza sektorunun işıqsız buraxılması barədə göstəriş verdiyini bildirib.

O deyib ki, İsrail yəhudi əsirlərin geri qaytarılması üçün “əldə olan bütün vasitələrdən istifadə edəcək“.

Xatırladaq ki, atəşkəs dair sazişin 42 gün çəkən birinci mərhələsinin başa çatmasından sonra İsrail Qəzza sektoruna humanitar yardımların getməsinin də qarşısını alıb.

Xəbəri paylaş

VİDEOLAR