Sionist rejiminin 2 ən böyük qəzeti olan “Jerusalem Post” və “Maariv”-in saytlarının və sosial şəbəkə hesablarının işi haker hücumu səbəbi ilə iflic vəziyyətə düşüb.
Az.rasthaber.com xəbər verir ki, nəşrlər bunun “İran meyilli hakerlər” tərəfindən edildiyini bildirib.
Qeyd edək ki, bu, iranlı general Qasim Süleymaninin şəhid edilməsinin ildönümü gününə təsadüf edib.
Hakerlər qəzetlərin elektron versiyalarında general Süleymaninin üzüyündən İsrail rejiminin Dimon nüvə zavoduna atılan raket təsvirini yerləşdiriblər. Şəkilin üzərində ingilis və yəhudi dillərində belə yazılıb: "Biz sizin ağlınıza gəlməyən yerdə belə sizin yaxınlığınızdayıq".