İsrail qüvvələrinin Ramallaha hücumunda fələstinlilərdən ölən və yaralananlar var

İsrail qüvvələrinin Ramallaha hücumunda fələstinlilərdən ölən və yaralananlar var

İsrail qüvvələrinin işğal altında saxladığı İordan çayının qərb sahilində Ramallahın qərbində yerləşən əl-Abud kəndinə basqını zamanı fələstinlilərdən ölən və yaralananlar var.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi açıqlama verib.
Bildirilib ki, İsrail qüvvələrinin Ramallahın qərbində əl-Abud kəndinə basqını zamanı azı bir fələstinli həlak olub və dörd nəfər yaralanıb.

İsrail mənbələri bildiriblər ki, "bu əməliyyatdan öncə fələstinlilərin yəhudilərin massivindəki yollarda maşınlara daş və yandırıcı maddələr atması müşahidə edilib."

Qeyd edək ki, iki gün öncə İsrail qüvvələri Cenində qaçqınların düşərgəsinə hücumunda üç fələstinli həlak olmuşdu.

Xəbəri paylaş

VİDEOLAR