İsrail qüvvələrinin Qəzzaya hücumları davam edir

İsrail qüvvələrinin Qəzzaya hücumları davam edir

İşğalçı qüvvələrin döyüş təyyarələrinin Qəzzada bir mənzili hədəf aldığı hücum nəticəsində 2 fələstinli həyatını itirib, 5-i yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, sionist rejim qüvvələri Qəzza zolağına zərbələr endirməkdə davam edir. Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamada sionist döyüş təyyarələri Qəzzanın qərbində Əl Nəsr məhəlləsində bir mənzili vurub.

Hücum nəticəsində 2 fələstinlinin həyatını itirdiyi, 5 fələstinlinin isə yaralandığı bildirilib.

Açıqlamada işğalçı qüvvələrin Qəzza zolağına təşkil etdiyi hücumlarda şəhid olanların sayının 33-ə, yaralıların sayının isə 110-a yüksəldiyi qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR