İvrit dilində dərc edilən bir qəzet İsrail rejiminin genişmiqyaslı kiber hücuma məruz qaldığını və bu rejimin yüzlərlə hərbçisinin fərdi məlumatlarını ehtiva edən faylların ifşa olunduğunu bildirib.
Az.rastahaber.com İran mediasına istinadən xəbər verir ki, "Yediot Ahronot" qəzeti yazıb: "Özünü "Musanın Əsası" adlandıran bir qrup sionist rejim ordusunun "Alfon" döyüş batalyonunun bütün məlumatlarını özündə əks etdirən faylı dərc edib.
Qəzetin yazdığına görə, dərc edilmiş bəzi fayllarda hərbi birləşmələrdə ehtiyatda olan hərbçilərin fərdi məlumatları, onların hərbi rütbələri, elektron poçtu, telefon nömrəsi və ev ünvanı yer alıb.
Hakerlər bu məlumatı “Darknet” və “Telegram” mühitlərində yayıblar.
Sözügedən qrup, həmçinin ötən bazar ertəsi İsrail rejiminin Müharibə Naziri Benni Qantsın şəxsi fotolarını yayımlayıb və onu izlədiklərini bildirmişdi.
Qeyd edək ki, bir müddət əvvəl də sionist rejimin ən böyük xəstəxanalarının saytları kiber hücumlara məruz qalıb.