İsrail qüvvələrinin Cenin şəhərinə hücumunda iki fələstinli həlak olub

İsrail qüvvələrinin Cenin şəhərinə hücumunda iki fələstinli həlak olub

İsrail qüvvələri işğal altında olan İordan çayının qərb sahilində yerləşən Cenin şəhərinin daxili küçələrinə basqın ediblər. Fələstinlilər qarşılıq verib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsrail qüvvələrinin Cenin şəhəri və burada yerləşən qaçqın düşərgəsinə basqını zamanı atışma baş verib.

İki fələstinlinin həlak olduğu bildirilir.

İsrail qüvvələri bir neçə fələstinlini həbs edərək, bölgədən çıxarıblar.

Məlumata görə bu iki nəfərin ölümü ilə İsrail qüvvələrinin cari ildəki hücumunda ölən fələstinlilərin sayı 210-a çatıb.

Xəbəri paylaş

VİDEOLAR