İsrail qüvvələrinin Cenin şəhərinə hücumunda azı dörd fələstinli həlak olub

İsrail qüvvələrinin Cenin şəhərinə hücumunda azı dörd fələstinli həlak olub

İsrail qüvvələri bu gün sübh işğalda saxladığı İordan çayınıın qərbində Cenin şəhərinə hücum ediblər. Hücum nəticəsində azı dörd fələstinli həlak olub.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrail qüvvələrinin bu gün sübh Cenin şəhərinə hücumunda azı dörd fələstinli gənc həlak olub. Onların biri qadındır.

Burada yaralıların çox olduğu və qarşıdurmaya görə onlara yardımın müyəssər olmadığı bildirilib.

Məlumata görə İsrail qüvvələri şəhərdə fələstinlilərin obyektləri və avtomobillərinə ciddi ziyanlar vurub.

Qeyd edək ki, Cenin şəhəri İsrail qüvvələrinin nəzarətində deyil. Cenin İordan çayının qərb sahilində İsrail qüvvələrinin girməkdə çətinlik çəkdiyi yaşayış massividir.

Xəbəri paylaş

VİDEOLAR