İsrail qüvvələrindən Qərb sahili və Qüdsdə yeni təxribatlar

İsrail qüvvələrindən Qərb sahili və Qüdsdə yeni təxribatlar

İsrail rejimi qüvvələri İordan çayının Qərb sahilinin müxtəlif rayonlarında 17 fələstinlini həbs edib.

Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, İsrail qüvvələri həmçinin Qüds şəhərindəki əl-Əqsa məscidi ərazisinə də soxulub.

Onlar əl-Xəlil və Nablus şəhərlərinin bir neçə kvartalına, Nəalin və Silvan qəsəbələrinə, həmçinin Doha yaşayış məntəqəsinə və Beyt-Ləhemdəki əd-Ceyşə qaçqın düşərgəsinə soxularaq həbslər həyata keçiriblər.

Bununla yanaşı onlarla yəhudi mühacir İsrail qüvvələrinin müşayiəti ilə Bab əl-Məğarib qapılarından əl-Əqsa ərazisinə daxil olublar.

Qeyd edək ki, yəhudi mühacirlər əl-Əqsa ilə bağlı hər gün oxşar təxribatlara əl atırlar.

Xəbəri paylaş

VİDEOLAR