İsrail qüvvələrindən fələstinlilərə hücum: 44 yaralı

İsrail qüvvələrindən fələstinlilərə hücum: 44 yaralı

Qeyri-qanuni yəhudi miqrantların bölgədə keçirmək istədikləri yürüşdən əvvəl onların Burka kəndinə basqın edərək bəzi yolları bağlamasına etiraz edən və müqavimət göstərən fələstinlilərlə İsrail rejimi qüvvələri arasında qarşıdurma yaşanıb.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətindən məlumat verilib.

İşğalçı rejim qüvvələri rezin güllə və gözyaşardıcı qaz bombalarından istifadə edərək Fələstinlilərə müdaxilə edib.

İnsident nəticəsində 44 fələstinli yaralanıb, gözyaşardıcı qaz bombalarından təsirlənən 83 fələstinli isə boğulma riski ilə üzləşib.

Bildirilir ki, Fələstin Rəhbərliyindən işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni yəhudi mühacirlərin fələstinlilərə qarşı hücumlarına dair yayılan açıqlamasında, yəhudilərin hücumlarının artmasının bölgədə təhlükəsizliyi daha da sarsıdacağına diqqət çəkilib.

Xəbəri paylaş

VİDEOLAR