İsrail rejimi qüvvələrinin əl-Arub qaçqın düşərgəsinə hücumu zamanı onlarla fələstinli xəsarət alıb.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, adıçəkilən düşərgə İordan çayının Qərb sahilindəki əl-Xəlildən şimalda yerləşir.
Qeyd edilib ki, İsrail qüvvələri zəhərli qazlı qumbaralardan istifadə edib və bu da onlarla insanın zəhərlənməsinə səbəbə olub.
Bundan başqa, əl-Xəlildən qərbdə yerləşən ət-Təbka rayonunda rejim qüvvələri fələstinli kəndlilərə öz sahələrində işləməyə imkan verməyib.