İsrail qüvvələri yenidən Nablusa daxil olub, azı 18 fələstinli saxlanılıb

İsrail qüvvələri yenidən Nablusa daxil olub, azı 18 fələstinli saxlanılıb

İsrail qüvvələri işğal altında olan İordan çayının qərb sahilindəki Nablus şəhərinə yenidən basqın ediblər.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsrailin təhlükəsizlik qüvvələri bu gün ərzində (işğal altında olan) İordan çayının qərb sahili bölgələrində 18 fələstinlini saxladıqlarını bildiriblər.

Məlumata görə İsrail qüvvələri Nablusa yenidən basqını zamanı şəhərdə fəal olan “Aslanlar Yuvası” qrupunun daha üç fələstinli üzvünü həbs ediblər.

Qeyd edək ki, İsrail qüvvələri ötən gün sübh Nablusa hücum zamanı burada beş fələstinli həlak olmuşdu.

İsrail qüvvələrinin Nablusa hücumundan sonra digər fələstinli hərəkatlar intiqam vədi veriblər.

Xəbəri paylaş

VİDEOLAR