İsrail qüvvələri Rəfahda dağıtdıqları məsciddən mətbəx kimi istifadə edir

İsrail qüvvələri Rəfahda dağıtdıqları məsciddən mətbəx kimi istifadə edir

İsrail qüvvələrinin Qəzzanın cənubundakı Rəfah Sərhəd Qapısının Fələstin tərəfində bir məscidi dağıdıb mətbəx kimi istifadə etməsi görüntüləri ortaya çıxıb.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim ordusunun Rəfahı nəzarətə götürdüyü günlərdə çəkilmiş video sosial şəbəkələrdə əksini tapıb.

Videoda Rəfah Sərhəd Qapısında yerləşən məscidin əsgərlərə paylanmaq üçün yeməklərin hazırlandığı mətbəxə çevrildiyi görülüb.

Məscidin dağıdıldığı və divarlarına yazılan yazıların diqqəti çəkən görüntülərində məscidin içərisindəki stolların üzərinə düzülmüş yeməklərlə hazırlanan yemək qutularının üzərində istehsal tarixinin 22 May olduğunu bildirən etiket görünüb.

Eyni şəkildə videoda məscidin kənarında çoxlu sayda hərbi maşın və tankların olduğu görülüb.

Sionist rejim ordusu mayın 6-da verdiyi bəyanatda məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını tələb edib və mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücum edib və mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR