Ötən gün səhər saatlarında Qüds şəhərinin şimalında Qələndiyyə nəzarət-keçid məntəqəsi yaxınlığındakı fələstinlilərə məxsus tikililər İsrail rejimi tərəfindən məhv edilib.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, İsrail rejiminə məxsus buldozerlər super market, tərəvəz dükanı və YDM-ı dağıdıb. Üstəlik, əraziyə giriş-çıxış da məhdudlaşdırılıb.
Qeyd edilib ki, bu addım İsrailin qeyri-qanuni yəhudi yaşayış məntəqələri salmaq planı çərçivəsində atılıb.