İsrail qüvvələri Qərb sahilində fələstinlilərə atəş açdı

İsrail qüvvələri Qərb sahilində fələstinlilərə atəş açdı

İsrail rejimi qüvvələri İordan çayının Qərb sahilindəki Tubas şəhərinə soxulub.

Az.rasthaber.com WAFA-ya istinadən xəbər verir ki, işğalçı qüvvələr fələstinlilərə atəş açıb və zəhərli qazlı qumbara atıb.

Nəticədə 6 dinc sakin yaralanıb.

Həmçinin Qərb sahilinin müxtəlif ərazilərində 13 fələstinli rejim qüvvələri tərəfindən tutulub.

Bundan başqa, fələstinlilərə aid 3 mərtəbəli ev də dağıdılıb, nəticədə də oranın sakinləri soyuq qış günlərində evsiz qalıblar.

Xəbəri paylaş

VİDEOLAR