İsrail qüvvələri Qərb sahilində daha 3 fələstinlinin evini dağıdıb

İsrail qüvvələri Qərb sahilində daha 3 fələstinlinin evini dağıdıb

İsrail işğalçı qüvvələri bu gün səhər saatlarında Fələstinin Qərb Sahil bölgəsinin şimalında yerləşən Yerixo şəhərinin şimal-qərbindəki Rəsaidə fələstinlilərin yaşadığı bölgədə 3 evi dağıdıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstinlilərin hüquqlarını müdafiə etmək üçün qurulan Əl-Bəydər adlı təşkilatın rəhbəri Həsən Muleyhat işğal qüvvələrinin səhər saatlarında 3 fələstinli ailənin Rəşayidədəki evlərini dağıtdığını bildirib.

Əl-Bayder təşkilatının rəhbəri mətbuata açıqlamasında deyib:

"Sözügedən üç evin sökülməsi İsrail işğalçı rejiminin irqçi ləğvetmə siyasətinin nəticəsidir. İsrail rejimi bu siyasəti fələstinlilərə qarşı daha sərt şəkildə həyata keçirir. Bu rejim fələstinliləri öz torpaqlarından qovmaq və yəhudi köçkünləri həmin torpaqlarda yerləşdirmək üçün sistemli səy göstərir. Bu isə ütün beynəlxalq müqavilələrə və insan haqları prinsiplərinə zidddir".

Muleyhat bütün insan haqları təşkilatları və qeyri-hökumət təşkilatlarını fələstinlilərin hüquqlarını müdafiə etmək üçün hərəkətə keçməyə və işğalçı rejimin irqçi ləğvetmə siyasətinə qarşı mövqe tutmağa çağırıb.

Xəbəri paylaş

VİDEOLAR