İsrail rejimi hərbçiləri fələstinlilərə qarşı düşmənçilik hərəkətlərini davam etdirərək Qərb sahilinə basqın edib və heç bir əsas olmadan on nəfəri həbs edib.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, İsrail rejimi hərbçilərinin bu vəhşicəsinə hücumundan sonra onlarla fələstinlilər arasında şiddətli toqquşma baş verib.
Toqquşmada sionist hərbçilər fələstinlilərə qarşı güllə və gözyaşardıcı qazdan istifadə ediblər.
İsrail qüvvələri çərşənbə günü də Qərb sahilindəki bəzi rayonlara basqın ediblər və heç bir əsas olmadan on bir nəfəri həbs etmişdilər.