İsrail qüvvələri qartopu oynayan fələstinlilərə səs bombası atdı

İsrail qüvvələri qartopu oynayan fələstinlilərə səs bombası atdı

İsrail rejimi qüvvələri Qüdsdә 15 fәlәstinlini saxlayıb.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, axşam saatlarında Qüds şəhərinin şərq hissəsində qartopu oynayan fәlәstinli gәnclәr ilә İsrail rejimi qüvvələri arasında qarşıdurma olub.

Mәlumata görә, İsrail polisi fәlәstinlilәrә sәs bombası ilә müdaxilә edib. Qarşıdurma zamanı yaralanan olmayıb. Hadisә nәticәsindә 1 fәlәstinli saxlanılıb.

Qeyd edәk ki, Şәrqi Qüdsün Zeytundağı bölgәsindәki Et-Tur mәhәllәsindә dә İsrail rejimi qüvvələri ilә fәlәstinlilәr arasında qarşıdurma yaşanıb. Mәlumatda hәmçinin hadisә nәticәsindә 14 fәlәstinlinin saxlanıldığı vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR