İsrail qüvvələri onlarla fələstinlini yaraladı

İsrail qüvvələri onlarla fələstinlini yaraladı

İsrail rejimi qüvvələri İordan çayının Qərb sahilində fələstinlilərin etiraz aksiyasına hücum edib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, aksiyalar Beyta, Beyt Dəccən, Kafr Qaddum, əl-Xəlil yaşayış məntəqələrində, həmçinin Huvvarə blokpostu yaxınlığında keçirilib.

Fələstin torpaqlarında qeyri-qanuni yəhudi yaşayış məntəqələrinin inşasına etiraz edən fələstinlilərə qarşı rezin və döyüş güllələri, həmçinin gözyaşardıcı qazdan istifadə edilib.

43 fələstinin yaralandığı qeyd edilib. Bildirilib ki, xəsarə alanların arasında tibb işçiləri və jurnalistlər də var.

Xəbəri paylaş

VİDEOLAR