İsrail rejimi qüvvələri işğal olunmuş Qüdsdə yerləşən Əl-İsaviyyə qəsəbəsinə basqın ediblər və nəticədə fələstinli gənclərlə toqquşmaya səbəb olublar.
Az.rasthaber.comİran mediasına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Əl-İsaviyyə qəsəbəsinə basqın zamanı fələstinli gənclərə qarşı səs bombaları və gözyşardıcı qazdan istifadə edilib.
Ötən gün isə yəhudi mühacirlər Məscidül-Əqsaya basqın ediblər.
Fələstin müqavimət qrupları dəfələrlə sionistlərə onların işğal olunmuş Qüdsdə və Qərb sahilindəki düşmənçilik hərəkətləri barədə xəbərdarlıq edərək bildirib ki, İsrailin fələstinlilərə qarşı repressiyalarının şiddətlənməsi qarşısında susmayacaq.