İsrail qüvvələri fələstinliləri atəşə tutdu

İsrail qüvvələri fələstinliləri atəşə tutdu

İsrail rejimi qüvvələri İordan çayının Qərb sahilində yerləşən Cənin şəhərində fələstinlilərə hücum ediblər.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, şahidlər bildirirlər ki, sionist qüvvələr nəzarət-keçid məntəqələrindən birində içərisində fələstinlilərin olduğu avtomobili atəşə tutublar.

Nəticədə avtomobildəki 2 fələstinli yaralanıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, xəsarət alanlardan birinin kürəyindən atəş açılıb və o, ağır vəziyyətdə Cənin dövlət xəstəxanasına çatdırılıb.

Xəbəri paylaş

VİDEOLAR